"Neftçi"nin legionerindən alqışalayiq addım

"Neftçi"nin futbolçusu İqnasio Herrera alqışalayiq addım atıb.

Newsport.az-ın məlumatına görə, çilili yarımmüdafiəçi "Qarabağ"da çıxış edən həmkarı, övladını itirən Donald Gerryeyə acısına şərik olduğunu bəyan edib. 

İqnasio bunu Azərbaycan Premyer Liqasının VIII turunda yekun vuran "Səbail"lə matçdan sonra jurnalistlərə verdiyi açıqlama zamanı bildirib.  Herrera ona qarşılaşmayla bağlı sual verilərkən ilk olaraq Donalda körpə qızının dünyasını dəyişməsiylə başsağlığını verməyi özünə borc sayıb: "Əvvəlcə "Qarabağ"ın futbolçusu Donal Gerryeyə ailəsində baş vermiş itkiyə görə səbr diləyir, möhkəm olmasını arzulayıram. Bu, hər bir futbolçunun başına gələcək hadisədi. Acısı bizim acımızdı. Onunla bir yerdəyik, lazım olan köməkliyi etməyə hazırıq".

Qeyd edək ki, Donaldın vəfat edən qızının səhhətində yaranan problem anadangəlmə olub. Belə ki, yaxalandığı virus körpəyə cəmi 18 ay yaşamağa imkan verib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right