FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsinin son oyunlarında Çexiyaya 1:2, Almaniya yığmasına isə 1:5 hesabı ilə uduzmuşdu.