“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer liqanın 8-ci turunda “Səbail” üzərindəki qələbədən sonra jurnalistlərə müsahibə verib.
Newsport.az sizə həmin müsahibəni təqdim edir:
- Sizcə Tərlan Əhmədovun gəlişindən sonra nə dəyişdi?
- Həmin komandadı, həmin heyətdi, sadəcə, inam və komandaya qələbə ruhu gəlib.
- Rəqibi alçaltmaq olmaz, amma hər halda səviyyə fərqi böyükdü. Bu arxayınlaşmağa səbəb ola bilərmi?
- Mənə elə gəlir ki, arxayınlaşma olmadı, futboldu oynamaq istəyirik, nə qədər qol vura bilirİksə, vuracağıq. Rəqibi alçaltmaq olmaz çünki rəqib “Kəpəz”i də, “Neftçi”nin özünü də məğlub edib. Ona görədə bu rəqibi alçaltmaq olmaz, hər bir rəqibə baş ağrı ola biləcək komandadı. Sadəcə bu gun biz daha yaxşı və istəkli oynadıq.
- Mərkəz müdafiəçisi mövqeyində oynadın ara-sıra oynamısan, məcburiyyətdən aslı olan addım idi, rahatdımı sənə bu mövqedə oynamaq?
- Açığı çətinlik çəkmirəm bu mövqedə oynamağa bir neçə dəfə bu mövqedə oynamışam, yəni mənə yad yer deyil, rahat oynayıram orda da.
- Birinci dövrədə “Səbail”ə məğlub olmuşduz, deyəsən meydana qisas almaq üçün çıxmışdız.
- Həyat da belə bir şey var ki, kiməsə borcun olursa, yatanda da yadıva düşür ki, borcu qaytarmaq lazımdı. Mən oyundan qabağ uşaqlara dedim ki, borcumuz var bu borcu qaytarmaq lazımdı, uşaqlarda sağ olsunlar artıqlaması ilə qaytardılar.