Reynaldo "İnter"ə qarşı oynayacaqmı?

Dekabrın 11-də AL-in qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda İtaliya "İnter"inə qarşı həll edici matçına çıxacaq.

Ağdam klubu bu oyuna ciddi itkilərlə çıxacaq. Zədəli futbolçulardan Reynaldo Silva, Danilo Dias və Çumbinyo oyunda iştirak edə bilməyəcək.

Newsport.az-a bu barədə acıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov danışdı: 

"Reynaldonun zədəsinin sağalması üçün 4 həftə vaxt lazım idi. İki həftədə onu sağaltmaq mümkün olmayıb. Danilo Dias və Çumbinyo da bu matçda iştirak eləyə bilməyəcək".

Klub rəsmisi Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı matçda zədələnərək meydanı vaxtından əvvəl tərk edən müdafiəçi Bədavi Hüseynovun son durumu ilə bağlı da xəbər verdi:

"Bədavi Hüseynovun diz qapağında problem var. Amma zədəsi o qədər də ciddi deyil. Həkimlər onu "İnter"lə matça qədər müalicə edə bilər. Onunla bağlı yekun dekabrın 11-də veriləcək".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right