Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu Almaniya II Bundesliqasında növbəti matçını keçirib.
Newsport.az-ın məlumatına görə, Nazarovun komandası 16-cı turda evdə "Ayntraxt"a (Braunşveyq) klubunu qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın start heyətində meydana çıxan D.Nazarov 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" klubu 16 turdan sonra 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.