İK kubokun cəzalarını açıqladı

Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, iclasda ölkə kubokunun 1/8 final mərhələsində qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Beləliklə, “Neftçi”  – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi”  klubunun 18 №-li futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçala”  – AZAL matçında “Neftçala”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçala”  klubunun 21 №-li futbolçusu Elvin Adışirinli və AZAL  klubunun 3 №-li futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanır, AZAL  klubu 2000 ,“Neftçala”  klubu 200 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Simurq”  – “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan”  klubunun 99 №-li futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt”  – “Bakı”  matçında “Bakı”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 83-cü dəqiqəsində “Sumqayıt”  klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+1-cü dəqiqəsində “Bakı”  klubunun 10 №-li futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right