İntizam Komitəsinin bugünkü iclasında Topaz Premyer Liqasının XV turunda baş verən hadisələrə də baxılıb.
Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 58 və 82 - ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.