"Xəzər Lənkəran" Premyer Liqanın XV turunda hər mənada "Qəbələ"ni üstələdi.
Newsport.az-ın məlumatına görə, hesab bir yana, oyun da gözəgəlimli idi. Oğuz Çətinin komandası bir-birindən maraqlı taktiki variantları praktikadan keçirdi və bu, onlarda əla alındı. Hər halda "ağ-yaşıllar" daha çox qol vura bilərdi. "Qəbələ"ni açıq oyuna məcbur edən cənubluları bəxt önlədi. Qonaqlar həmlələrini dayandırmağa aciz göründü.
Mais Mənsimov bu matçdan öncə futbolçulara əlavə motivasiya verib. Klub prezidenti iki ayın maaşını birdən ödənilməsinə dair maliyyə sənədini imzalayıb. Əməkhaqlarını alan oyunçular bunun müqabilində sözünü qələbəylə tutub.
Maraqlıdır ki, oyundan əvvəl "Neftçi"ylə görüşdə yersiz qırmızı vərəqə aldığı üçün maddi baxımdan cəzalanan Sadio Tounkarayla Əfran İsmayılov cəzalanmışdı. Görünən odur ki, Əfranla Tounkaranın cəzalanması bütün komandaya dərs olub.