B.Hüseynovun “İnter”lə matçda iştirak edə biləcək?

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”inə qarşı keçiriləcək oyununa ciddi itki ilə çıxa bilər.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 15-ci turunun dekabrın 7-də “Neftçi”yə qarşı keçirilən matçında zədələnən Bədavi Hüseynovun qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi məlumata görə, gənc müdafiəçinin diz qapağının altında zədə aşkarlanıb: “Hazırda futbolçunun ayağında ağrılar var və o, bərpa prosesi keçir”.

Klub rəsmisi bildirib ki, B.Hüseynovun “İnter”lə matçda iştirak edib-etməyəcəyi oyun günü, dekabrın 11-də müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right