"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu istefaya göndərilir. Artıq bu gün rumıniyalı mütəxəssislə yollar ayrıla bilər.
Bu barədə Newsport.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, gün ərzində məsələ ilə bağlı rəsmi açıqlama veriləcək.
"Muntyanu istefası ilə bağlı rəhbərliyə müraciət edib. Bu gün məsələ müzakirə olunacaq. Elə gün ərzində də qərar qəbul olunub, ictimaiyyətə açıqlanacaq".
Qeyd edək ki, Muntyanu mövsümün əvvəlindən "Qəbələ"yə rəhbərlik edir. Onun rəhbərliyi altında çempionatda cəmi 4 qələbə qazanan komanda 14 xalla 6-cı pillədədi.