Ramil Şeydayev: "Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim"

Milli komandamız DÇ-2018-in seçmə mərhələsində son oyununda səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzub. Yığmamızın heyətində yeganə qolub Ramil Şeydayev vurub.

Newsport.az-ın məlumatına görə, bu, Şeydayevin yığmada ilk qolu olub. Ötən ildən etibarən yığmamızda top qovan forvard bununla bağlı "facebook" səhifəsində paylaşım edib:

"Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın vuruşmağına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamımıza təşəkkür edirəm!" 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right