“Bacardığımız qədər vuruşduq” - Əfran İsmayılov

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşan millimiz 1:5 hesablı məğlubiyyətə üzülüb.

Newsport.az xəbər verir ki, matçdan sonra komandamızın üzvü Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.


- Oyunla bağlı nə demək olar?

- Bacardığımız qədər vuruşduq, çalışdıq ki, yaxşı oynayaq. İlk hissə də 1:1 bitdi. Ancaq biz Çexiya ilə oyunda yorulmuşduq, almanlar isə tamamilə yeni oyunçularla çıxmışdılar. Ona görə də gücləri sona qədər çatdı və lazımi qolları vura bildilər.

- Amma ilk hissədə yaxşı oynayırdıq...

- Bütün gücümüzü qoymuşduq. Tədricən isə itirməyə başladıq və uduzduq. Deyərdim ki, gücümüzü düz bölmədik.

- Beş qolun qarşısında 1 qol müsbət amildi, yoxsa diqqət çəkmir?

- Heç ən güclü komandalar da almanlara qol vura bilmirlər. Əlbəttə ki, müsbət məqamdı.

- Ramilin qol vurmağı “Qarabağ” və gələcək milli üçün xeyirli olacaq?

- Ramil istədiyini elədi, hücumçudu, işi qol vurmaqdı. Gec-tez fərqlənəcəkdi. İnanıram ki, davamı gələcək.

- Seçmə mərhələ başa çatdı...

- Maraqlı tsikl oldu. Deyərdim ki, bizim üçün qırılma nöqtəsi Şimali İrlandiya ilə oyun oldu. Orda biz çox şey itirdik. Sonra toparlana bilmədik.(qol.az)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right