“Daha çox qol vura bilərdik” – Oğuz Çətin

“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər. Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Qəbələ” ilə oyundan (3:0) son keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəxsis komandasının oyununda razı qaldığını və növbəti qarşılaşmaya da qələbə üçün çıxacaqlarını bildirib:“Komanda istəkli olanda səhvlər azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdır. Biz eyni ciddiyəti qorumalı və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right