"Qarabağ" rekordun bir addımlığında dayandı

“Qarabağ”ın Premyer Liqanın 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ilk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə VII turun ev görüşündə xal itirib - 0:0.

Bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdır. Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha çox qələbə ilə başlayıb. Ağdamlılar 2003/04 mövsümünün əvvəlində ardıcıl 6 qələbə qazanıb ki, bu da klub tarixinin mütləq rekordudur. Qurban Qurbanovun komandası “Zirə” ilə görüşdə xal itirməklə həmin rekordun bir addımlığında dayanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right