“Qol imkanlarından istifadə edə bilmədik” – Çixradze

“Simurq” klubunun baş məşqçisi Georgi Çixradze “Sumqayıt”a məğlub olduqları oyun (1:2) haqda fikirlərini bildirib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, gürcüstanlı mütəxəssis  oyunu belə şərh edib:

“Oyun hərəkətli keçdi. Əgər qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdır.  Oyunda bunu bacarmadıq. Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right