"Oyunun nəticəsi ədalətli oldu" - Arif Əsədov

“Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov “Qarabağ”la oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, oyunun nəticəsini ədalətli hesab etdiyini bildirib: “Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0-0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right