“Çox pis oyun keçirdik. Həqiqətən zəif görünürdük. Rəqib 3-4 qol vura bilərdi”.
Newsport.az-ın məlumatına görə, bu fikirləri “İnter”in rumıniyalı futbolçusu Adrian Skarlatake bildirib.
Rumıniyalı müdafiəçi Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”yə evdə 0:2 hesabı ilə uduzduqları matçda bütün oyunboyu müdafiə olunduqlarını söyləyib:
“Belə olmamalıdır. Mənim oyundan heç xoşum gəlmədi. Belə oynamaq olmaz. 3-4 ötürmə ardıcıl verə bilmirdik. Belə futbol olar? 90 dəqiqəyə bir korner qazandıq. Yeni futbolçular alınmalıdır. Alınmasa, sonuncu yer üçün oynayacağıq. Ehtiyatda 2-3 futbolçu var. “Neftçi”də isə 6-7 legioner oynayır. Mütləq heyət genişləndirilməlidir. Klub prezidenti də deyib ki, alacağıq. Gözləmək lazımdır”.
qafqazinfo