Fransada səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yerli "Lans" klubunun üzləşdiyi problemlərlə bağlı açılama verib.
Newsport.az-ın məlumatina görə, Azad Rəhimov bir neçə gün öncə klub prezidenti Jerve Martellə də bu barədə danışdıqlarını və iki ölkə arasındakı səmimi münasibətləri qorumaq üçün Fransa təmsilçisinə kömək etməyə hazır olduqlarını deyib:
"Klub prezidenti Jerve Martelə problemin həllinə dəstək olmaq üçün bütün mümkün olanı edəcəyimizi dedik. Məsələ həllini tapsa, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədi. Səmimi münasibətlərimizə bulud da kölgə sala bilməz".
Bildiyiniz kimi, "Lans" klubunun sahibi azərbaycanlı iş adamı Hafiz Məmmədovdur.