Premyer Liqanın 15-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” növbəti məşqini keçirib.
Newsport.az-ın məlumatina görə, Cənub klubu bu gün saat 11:00-da “Bayıl Arena” stadionunda hazırlığa başlayıb.
Məşqin özəyini omanda şəklində hücumların qurulması və qapılara zərbələr üzərində çalışmalar təşkil edib. Alfred Sanko və Vyekoslav Tomiç komanda ilə birgə, Rauf Əliyev isə fərdi qaydada məşq ediblər.
Həkim müainəsindən keçmək üçün klinikada yerləşdirilən Adrian Skarlatakenin zədəsinin ciddi olduğu aşkarlanıb. Belədə o qarşıdakı bir neçə oyunu buraxmalı olacaq. Lakin “Qəbələ” ilə görüşü təkcə Rumın futbolçu deyil, daha üç futbolçu kənardan izləyəcək. Bunlar zədəli Rauf Əliyev eləcə də cəzalılar Əfran İsmayılov və Sadio Tounkaradır.
12cioyuncu.info