“Qəbələ” klubunda icarə əsasında çıxış edən milli komandamızın üzvü Ruslan Abışov gələn ilin yanvar ayında məxsus olduğu “Rubin” klubunun düşərgəsinə yollanacaq.
Newsport.az-ın məlumatina görə, bu barədə “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib.
“Biz Ruslanın qərarını gözləyirik. İşimizi də buna görə quracağıq. “Rubin”dən Ruslana bildiriblər ki, yanvar ayının 13-də komandanın düşərgəsində olsun”.
Klub rəsmisi “Qəbələ”nin təcrübəli müdafiəçi ilə yolları davam etdirmək istədiyini qeyd edib: “Biz Ruslanı komandada saxlamaq istəyirik. Bunun üçün həm “Rubin”, həm də Ruslanın qərarı lazımdır”.
Qeyd edək ki, bu ili iyun ayından“Qəbələ”də çıxış edən Ruslan Abışovun icarə müqaviləsi dekabrın 18-də başa çatacaq.
Qol.az