“Qəbələ”nin İlqar Qurbanova qovuşacağı tarix bəlli deyil.
Newsport.az-ın məlumatına görə, Qurbanovun müalicəsində irəliləyiş olsa da, həkimlər hələ ki, onun nə zaman məşqlərə başlaya biləcəyini açıqlamayıb. Premyer Liqanın ikinci turunun “Sumqayıt”la görüşündə zədələnərək matçı vaxtından əvvəl tərk edən Qurbanovun sol ayaq barmağının qırıldığı aşkarlanmışdı. 20 günə yaxındı ki, barmağı gipsdə qalan Qurbanovun sarğısı artıq açılıb. Sadəcə, həkimlər hələ ki, futbolçunun məşqlərə başlamasına icazə vermir.