"UEFA-nın bu qərarı professional futbolu öldürür."

UEFA-nın Krımdakı üç futbol komandasının Rusiya Futbol İttifaqı tərəfindən təşkil edilən matçlarda iştirak etməsinə qadağa qoyması Rusiya Federasiyasının İdman naziri Vitaliy Mutkonun kəskin etirazına səbəb olub.

Mutko, UEFA-nın qərarının futbolun xeyrinə olmadığını söyləyərək bildiribki:

"Bu komandalar nə etsin? Nə Ukraynada, nə də Rusiyada oynaya bilirlər. Yaxşı indi azarkeşlər və futbolçular nə edəcək? UEFA-nın bu qərarı professional futbolu öldürür."

Qeyd edək ki UEFA, Krımdakı üç komandanın 1 yanvar 2015-ci il tarixindən etibarən Rusiya Futbol İttifaqı tərəfindən təşkil edilən futbol təşkilatlarında yer almasını qadağan edib.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right