AFFA qərarını dəyişdi: "Şahdağ" I Divizionda oynayacaq

AFFA və PFL-in birgə komissiyasının Qusarın "Şahdağ" klubuna I Divizionda oynamaq üçün icazə verməməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

Newsport.az-ın məlumatına görə, şimal bölgəsi təmsilçisi bu qərardan narazı qalıb və çempionatda iştirak etmək üçün AFFA ilə danışıqlarını davam etdirib. Əldə etdiyimiz məlumata görə, "Şahdağ" rəhbərliyi AFFA rəsmiləri ilə görüşüb.

Görüş qusarlılar üçün uğurlu keçib. Belə ki, AFFA mövqeyini dəyişib və "Şahdağ" növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right