Premyer Liqanın XIII turunda "Neftçi"ylə matçda (2:2) qırmızı vərəqə alaraq meydandan qovulan "Xəzər Lənkəran"lı Əfran İsmayılovla Sadio Tounkaraya klubdan cəza gəlib.
Newsport.az-ın məlumatina görə, klub rəhbərliyi hər 2 oyunçunun maaşını kəsib.
Belə ki, sözügedən futbolçular ötən ayın məvacibinin yalnız 1/3 hissəsini alacaq. Həm Əfrana, həm də Sadioya belə halların bir daha təkrarlanmaması üçün xəbərdarlıq edilib.