"Qarabağ" üçün şad xəbər

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qarabağ"ın qonağı olacaq İtaliya "İnter"i paytaxtımıza ikinci heyətlə gəlir.

Milan klubunun yeni baş məşqçisi Roberto Mançini cəza səbəbindən komandanın aparıcı üzvü Andrea Ranokkiya ilə yanaşı  Samir Handanoviçi, Juan Xesusu, Yan Mvilanı, Yuqo Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirməyəcək. Bakıdakı matçın nəticəsindən asılı olmayaraq F qrupunu lider kimi qapayaraq, növbəti mərhələyə adlayan "İnter" bütün diqqətini "Udineze" ilə matça yönəldib. 

Qısacası Mançini onlar üçün əhəmiyyət kəsb etməyən matç üçün Azərbaycana ikinci qüvvə ilə gəlməyi planlaşdırır. 

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu ekabrın 11-də keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right