Son qərar: Qusar, Qazax, Yevlax və Mingəçevir futbolsuz qaldı

Xəbər veridyimiz kimi, sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.

Newsport.az-ın məlumatına görə, bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri,  peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı  UEFA-dan daxil olan  məlumatları nəzərə almaqla  I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. 


“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da I divizionda iştirakına icazə verilib.


Qeyd edək ki, I divizionda çıxış etmək  hüququ qazana bilməyən komandaların oynaması üçün  həvəskar statuslu “Region Liqası” nın yradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right