21 yaşlılardan ibarət yığmamızın yeni baş məşqçisi bəlli olub.
Newsport.az-ın məlumatına görə, millini bundan sonra Samir Ələkbərov çalışdıracaq.
O, bu vəzifəyə müvəqqəti olaraq təyin edilib. Ələkbərov Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlarda meydana çıxaracaq. Ona bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə kömək edəcək.
Qeyd edək ki, Ələkbərov bu postda Yaşar Vahabzadəni əvəzləyib.