"Qəbələ" "Səbail" üçün hazırlaşır

“Qəbələ” Azərbaycan Premyer Liqasının V turunun hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın məlumatına görə, bir günlük istirahətdən sonra sentyabrın 12-də Bakıda bir araya gələn “qırmızı-qaralar” məşqlərini paytaxtda gerçəkləşdirir. Komanda Premyer Liqanın debütantı “Səbail”lə səfər matçının hazırlığı çərçivəsində gündə bir dəfə məşqə çıxır. Zədə səbəbindən iki futbolçu məşq prosesindən kənar qalıb. Bunlar ötən turun “Zirə” ilə matçında zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monrozdur.

Xatırladaq ki, “Səbail” – “Qəbələ” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right