"Neftçi” sabiq kapitanı ilə 1 illik müqavilə imzaladı

Azərbaycan milli komandasının sabiq üzvü Rəşad Sadiqovun yeni klubu rəsmən müəyyənləşib.

Newsport.az xəbər verir ki, bir müddət öncə “Zirə”dən qalmaqallı şəkildə ayrılan dayaq yarımmüdafiəçisi sabiq klubu “Neftçi” ilə anlaşıb və tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Bu, klub tərəfindən də təsdiqlənib. 

Qeyd edək ki, Sadiqov “Zirə”dən ayrıldıqdan sonra karyerasını bitirmək barədə düşünürdü. Amma Tərlan Əhmədovun gəlişindən sonra yaranmış “Neftçi” variantı onu fikrindən daşındırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right