"Qəbələ" - "Zirə" oyunundan sonra qalmaqal

Premyer Liqanın 4-cü turunda keçirilən “Qəbələ” - “Zirə” oyunundan sonra qalmaqal yaşanıb.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə , matçın son dəqiqələrində baş hakim Ömər Paşayev Zirənin qapısına penalti təyin etməsi  qonaqlaırn baş məşqçisi  Ayxan Abbasovun etirazına səbəb olub.

O, hakimə etirazını sərt şəkildə bildirib bildirib. Dördüncü hakim Abbasovu çətinliklə sakitləşdirsə də, matç bitdikdən sonra çalışdırıcı meydana daxil olub və  baş hakim Ömər Paşayevə etiraz edib.

Nəticədə polislər də meydana daxil olub. Bundan sonra polislərlə Ayxanla və onun köməkçiləri arasında kiçik mübahisə yaşanıb. Daha sonra "Zirə"nin baş məşqçisi meydançanı tərk edib. 

Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə başa çatıb. 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right