"Simurq" Premyer Liqada çox yaxşı çıxış edir. Bu gün də rəqib layiqli qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdur".
Newsport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Ramil Əliyev Azərbaycan kubokunun 1/8 finalında "Simurq"a 0:6 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Gənc mütəxəssis bildirib ki, Premyer Liqa ilə I divizion arasında böyük uçurum var:
"Səviyyə fərqi öz sözünü dedi. Məğlubiyyəti faciəyə çevirməyəcəyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.