"Ağsu"nun baş məşqçisi-"Hər şey ideal idi."

“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Bizim qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda az oynamaq şansı qazanan futbolçulara etimad göstərək. Bizim üçün yaxşı bir imtahan oldu. Səhvlərimizin üzərində işləməliyik".

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Ağsu"nun baş məşqçisi Rüfət Quliyev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Futbolçulardan narazılığım yoxdur. Hər şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib olanda biri də məğlub olmalıdır" - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right