"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan kubokunun 1/8 finalında "Bakı"ya penaltilər seriyasında uduzduqları matçdan (3:4) sonra fikirlərini bildirib.
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, məğlubiyyətə baxmayaraq, komandasının yaxşı oyun nümayiş etdirdiyini deyib:
“Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır. Bəxtimiz gətirmədi”.