"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan kubokunun 1/8 finalında "Sumqayıt"a penaltilər seriyasında qalib gəldikəri oyunu (4:3) şərh edib.
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, bu qələbəni dünən 50 illik yubileyini qeyd edən klubun prezidenti Hafiz Məmmədova hədiyyə etdiklərini deyib:
“Bu hava şəraitində oynamaq çətin idi. Mübarizəli bir oyun oldu. Hər iki komandanın oyunçularını təbrik edirəm. Matçın taleyi penaltilərdə həll olundu. Biz bu qələbəni 50 illik yubileyini qeyd edən prezidentimiz Hafiz Məmmədova hədiyyə edirik”.