“Qarabağ”la oyunda möcüzəyə ümid edirdik”

“Oyuna yaxşı hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir. Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik”.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri MOİK klubunun baş məşqçisi  Namiq Adilov “Qarabağ”la oyundan (2:4) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, rəqibin MOİK-dən hərtərəfli üstün olmasını etiraf etməklə yanaşı yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: “Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right