"Oyunun sonlarında nəzarəti əldən verdik" - Kamal Quliyev

“AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır". 

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçala"nın baş məşqçisi Kamal Quliyev AZAL-la kubok matçından (1:2) sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis futbolçularının verilən tapşırıqları sonadək yerinə yetirmədiyini bildirib: "Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right