Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Newsport.az-ın məlumatına görə, ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib.
Bütün bunları nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:
Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz” – “İnter” matçı 9 sentyabr tarixdə “İnter Arena”da keçirilsin.
IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.