Azərbaycan kubokunun 1/8 finalında "Qaradağ Lökbatan"a qalib gələn (3:0) "Neftçi"nin baş məşqçisi Arif Əsədov oyunla bağlı fikirlərini bölüşüb.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bunları bildirib:
"Öz komandam barədə geniş danışmaq istəmirəm. “Qaradağ Lökbatan” klubunun oyununu qeyd etməliyəm. Komandanın heyətində yaxşı gənc oyunçular var".