Prosineçki açıqladı: köməkçiləri kimlər olacaq?

"Əvvəlcə hər birinizi salamlayıram. Artıq 10 gündür Bakıdayam. Bir neçə oyunu da stadionda canlı izləmişəm. İndiyə kimi gördüyümdən çox razıyam. Azərbaycan, Bakı mənə xoş təsir bağışladı. Məncə gələcək üçün oyunçu materialı var və əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun. Bəyəndiyim kifayət qədər gənc futbolçu var. İlin sonuna kimi futbolçuların kimliyini biləcəksiniz". 

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizə yenicə baş məşqçi təyin olunmuş Robert Prosineçki deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

"Məşqçilər korpusunda iki nəfər azərbaycanlı məşqçi çalışacaq. Onlarla daim əlaqədə olacağam. Eyni zamanda da Məşqçilər Komitəsinin üzvləri ilə də əlaqələrim olacaq. Mən burada yaşayacam. Ailəm də burda qalacaq, övladım burada məktəbə gedəcək. Bu da işimə köməklik göstərəcək. Mətbuatla mütəmadi ünsiyyətdə olacağam."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right