AFFA başçısı Rövnəq Abdullayev "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun milliyə niyə baş məşqçi təyin olunmamasına münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, qurum başçısı jurnalistlərə açıqlamasında bunları deyib:
“O vaxt onu “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”