"Neftçi" gücünü MOİK-ə göstərdi

Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada fasilə yaranıb.

Newsport.az-ın məlumatına görə, bundan istifadə edən "Neftçi” bu gün yoxlama oyunu keçirib. "Ağ-qaralar" MOİK-lə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş elita təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Matçın 10-cu dəqiqəsində Anton Krivotsyukun ötürməsindən sonra Daniel Seqoviya, 69-cu dəqiqədə Rəhman Hacıyevin ötürməsindən sonra Mateo Mujek, 90-cı dəqiqədə isə Rəhman Hacıyevin ötürməsindən sonra Mirabdulla Abbasov fərqlənib.

"Neftçi”: Rəşad Əzizli (Maksim Vaylo, 58), Pavel Dreksa, Kirilo Petrov (Elvin Sərkərov, 70), Məqsəd İsayev, Anton Krivotsyuk (Mateo Mujek, 46), Tərzin Cahangirov (Anton Krivotsyuk, 85), Kənan Mirzəliyev (Ömər Buludov, 46), Rəhman Hacıyev, Derlis Meza Kolli (Orxan Sabirbəyli, 80), Daniel Seqoviya (Əli Şirinov, 65), Mirabdulla Abbasov.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right