DÇ-2018-in seçmə mərhələsi ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" yoxlama oyunu keçirib.
Newsport.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, komanda "İnter Arena"da birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "İnter"in heyətində Pərdis-Fərcad Azad, Slavik Alxasov və Adrian Skarlatake fərqləniblər.