"Kəpəz" "Qaradağ Lökbatan"la qarşılaşacaq

Milli komandaların DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda yaranan fasilə müddətində “Kəpəz” yoxlama görüşü keçirəcək.

Newsport.az-ın məlumatına görə, "sarı-göylər”in rəqibi I divizionun iştirakçısı “Qaradağ Lökbatan” olacaq.

Aşağı liqa təmsilçisi ilə oyun sentyabrın 4-də “Dalğa Arena”nın süni örtüklü meydançasında baş tutacaq.

Matç saat 17:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right