DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçə uduzan milli komandamızın 3 futbolçusu cəzalı duruma düşüb.
Newsport.az-ın məlumatına görə, Maksim Medvedyev və Dmitri Nazarov sarı vərəqə limitini doldurub, Bədavi Hüseynov isə qırmızı vərəqə alıb.
Bu səbəbdən hər üç futbolçu sentyabrın 4-də Bakıda San Marino ilə keçiriləcək oyunu buraxacaq.