"Qarabağ" transfer çalışmalarını yekunlaşdırdı

Son Azərbaycan çempionu, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" yay transfer çalışmalarını yekunlaşdırıb. 

Newsport.az saytının məlumatına görə, Ağdam klubu son olaraq Yunanıstanın "Olimpiakos" klubundan Tarik Əlyunussini icarəyə götürüb. Bu, "Qarabağ"ın başa çatan "pəncərə"də sonuncu transferi olub. 

"Atlılar" yay transfer dönəmində 7 futbolçu ilə gücləniblər. Bunlar Abbas Hüseynov, Anton Kanibolotski, Yakub Jezniçak, Vild-Donald Gerye, Ramil Şeydayev, Pedro Enrike və Tarik Əlyunussidir. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko" və "Roma" kimi komandalarla mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right