"Benfika"nın futbolçusu "Qarabağ"dan imtian etdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini həyata keçirməyə yaxın olub.

Newsport.az saytının məlumatına görə, Ağdam klubu Portuqaliyanın "Benfika" klubunun futbolçusu Ola Conu rənglərinə bağlamağa çalışıb. 

Lakin son mövsümü icarə əsasında İspaniyanın "Deportivo" klubunda çıxış edən futbolçu Ağdam klubuna keçməkdən imtina edib. "Ojogo.pt"nın yaydığı xəbərə görə, 25 yaşlı futbolçu "Qarabağ"la yanaşı, Yunanıstanın "Panatinaikos" klubunun da təklifini geri çevirib. 

Liberiya əsilli hollandiyalı “Tvente”nin yetirməsidi. O, 2012-ci ildən “Benfika”ya transfer olunub. Amma bu kluba məxsus olduğu halda “Hamburq”, “Ridinq”, “Vulverhempton” və “Deportivo”da icarə əsasında da forma geyinib. Hollandiyanın U-21 millisinin sabiq üzvü olan Ola bir dəfə əsas yığmaya da dəvət alıb.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right