"Xəzər Lənkəran"ın sabiq legioneri "Zirə"də

Azərbaycan Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan “Zirə” daha bir futbolçu ilə güclənib.

Newsport.az saytının məlumatına görə, Sadio Tounkara bu gündən “qartallar”ın düşərgəsinə qoşulub. 25 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. Sadio Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadı. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə “Xəzər Lənkəran” və AZAL klublarının şərəfini qoruyub.

Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında "Paralimni" klubunda da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right