Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” avqustun 31-də hazırlıqlara start verib. Komanda 4-cü turun sentyabrın 9-da keçiriləcək “Zirə” ilə ev matçının hazırlıqlarına Bakıda başlayıb. Hazırlığın ilk günündə futbolçular fiziki və bərpaedici məşqlə kifayətlənib. Məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.