Sabah AFFAnın İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Newsport.az-ın məlumatına görə, bu haqda qurumun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, iclasdan dərhal sonra AFFA rəhbərliyinin mətbuat konfransı təşkil olunacaq.
AFFA-nın rəsmi saytı iclasın gündəliyi ilə bağlı əlavə açıqlama yaymasa da, iclasda millinin yeni baş məşqçisinin vəzifəsini rəsmən təsdiqlənəcəyi gözlənilir. Bu vəzifəyə böyük ehtimalla xorvatiyalı Robert Prosineçki təyin olunacaq.