Ramil Şeydayev rəsmən "Qarabağ"da!

“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir.

Newsport.az saytının məlumatına görə, Ağdam klubu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb. Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən 12 qolla Avropa çempionatının bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right